Yarpaq morfologiyasındakı variasiya bitkilərin müxtəlif ətraf mühit şəraitinə necə uyğunlaşdığını əks etdirən əsas göstəricidir. Q. petraea subsp. iberica populyasiyalarında müxtəlifliyi qiymətləndirmək üçün növün yayıldığı ərazilərdə yarpaqlarının morfoloji və funksional əlamətlərinin variasiyasını və bu variasiyanın ətraf mühit şəraitinin, eləcə də coğrafi şəraitin dəyişməsi ilə əlaqəsini analiz etdik. Yarpaq nümunələri 2017-ci ildə -28 - 900 m yüksəkliklərdən müxtəlif meşə formasiyalarından (İsmayıllı və Qəbələ) və dendraridən (Bakı) toplanmışdır. Təkölçülü və çoxölçülü analizlərdən istifadə edərək 3 populyasiyadan 30 ağacın 300 yarpağının morfoloji və funksional fərqini ölçdük və analiz etdik. Nəticədə, yağıntının miqdarı artdıqca yarpağın bəzi morfoloji əlamətlərinin (yarpaq sahəsi, yarpağın eni və perimetri) ölçüsünün azalmasını müəyyən etdik. Hündürlük boyunca morfoloji əlamətlərin göstəriciləri dəyişmişdir. Yarpağın nəmlik göstəriciləri (sahəyə görə yarpağın kütləsi, su tutumu, nisbi su tutumu, şirəlilik) illik yağıntının miqdarı ilə müsbət korrelyasiya yaradır. Yarpağın nəmlik göstəricilərinin və morfoloji əlamətlərinin dəyişməsində yağıntı açar ekoloji amildir. Bu iş yarpaqların dəyişən mühit şəraitinə cavab olaraq yarpaq plastikliyinin adaptiv polimorfizmini ifadə edir.
ABCDE