Məqalədə Cənubi Ural qoruğunda Liliaceae fəsiləsinə aid Tulipa riparia Knjasev, Kulikov et Philippov senopopulyasiyasının uzunmüddətli monitorinqinin nəticələri təqdim edilir. Göstərilir ki, senopopulyasiya üçün hava-iqlim şəraitindən asılı olaraq sıxlılğın, sayın və fərdlərin həyatilinin, yaş spektrinin, morfometrik xüsusiyyətlərin əhəmiyyətli fluktuasiyası xarakterikdir. Senopopulyasiyanın yaş spektri virginal fərdlərin üstünlüyü ilə normaldır, sağtərəflidir. Növün qoruq ərazisində stres-müdafiə ontogenetik həyat strategiyası aşkar edilmişdir. Apofitizm göstəricisinə görə T. riparia antropogenik təsirlərə nisbi davamlı növlər qrupuna aiddir. Növün bitmə yerində ot biçmə kimi mötədil antropogen yüklənmə populyasiyanın xarakteristikasına, fərdlərin həyatiliyinə və senopopulyasiyanın vitalitet tipinə müsbət təsir edir.
ABCDE