ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN YEMƏLİ VƏ ZƏHƏRLİ GÖBƏLƏKLƏRİ
Elgün H. Mustafabəyli

Azərbaycanın göbələk müxtəlifliyi ətraflı öyrənilməyib. Ümumilikdə, 2013-2019-cu illərdə Şəki-Zaqatala regionunda müxtəlif yerlərdə və fəsillərdə çöl tədqiqatları zamanı göbələk növləri toplanılıb və morfoloji əlamətlərə görə təyin edilib. Fenotipik xüsusiyyətlərlə yanaşı sporların ölçüsü, forması və rəngi, son taksonomik və nomenklatur yeniliklər nəzərə alınıb. Bu regionda ən çox yayılan yeməli göbələklər Boletus aereus, B. reticulatus, Leccinum pseudoscabrum, zəhərli göbələklər isə Amanita pantherina, Coprinus picaceus, Hypholoma flaviculare növləridir. Onlardan bəziləri: Butyriboletus appendiculatus, Lepista nudaTuber aestivum yeməli göbələklər, Galerina marginata Rubroboletus satanas isə zəhərli göbələklər arasında nadir növlərdir. Russula heterophylla Azərbaycan üçün yeni növdür.

Açar sözlər: qida dəyəri, simbioz, ksilotrof, növ, herbari, takson
Ədəbiyyat

ABCDE