Məqalədə Qobustan rayonunda aparılmış etnobotaniki tədqiqatların və regionun faydalı bitkilərinin elektron verilənlər bazasının yaradılması işinin nəticələri əks olunmuşdur. Qısa şəkildə etnobotaniki vəziyyət təhlil edilmiş, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin zəruriliyi və üstünlükləri əsaslandırılmışdır. Müəyyən edilmişdir ki, Qobustanda yayılmış 1200 bitki növündən, 82 fəsiləyə və 293 cinsə aid 443 növü faydalı bitkidir. Onların çoxu dərman (428), dekorativ (214), qida (179), az sayda isə yem (68), texniki (62), boyaq (59) və balverən (58) bitkilərdir. Yerli əhali tərəfindən daha çox 35 fəsilə, 72 cinsə aid 89 növ istifadə edilir. Daha çox istifadə edilən növlər və onların faydalı xüsusiyyətləri barədə məlumatlar verilmişdir. Elektron məlumat bazasının xarakteristikası, onun strukturu, fəaliyyət prinsipi, bazaya daxil edilən bitkilər barədə 24 parametr üzrə çıxış məlumatlarının istifadəçi interfeysi öz əksini tapmışdır.
ABCDE