Məqalədə Tilia caucasica meyvələrindən əldə edilən yağın yağ turşu tərkibi, fiziki-kimyəvi və orqanoleptik xüsusiyyətləri göstərilmişdir. Azərbaycanda bitən T. caucasica növünün meyvələrindən alınmış yağın kəmiyyət və keyfiyyət tərkibi haqda məlumatlar və həmin növün yağının fiziki-kimyəvi və orqanoleptik xüsusiyyətləri ilk dəfə müəyyən olunmuşdur. T. caucasica meyvələrindən 12.89% yağ alınmışdır. Yağın fiziki-kimyəvi və orqanoleptik xüsusiyyətlərinin öyrənilməsi göstərdi ki, T. caucasica meyvələrindən alınan yağ xoşagələn dadlı, açıq sarı rəngdədir və aşağıdakı xüsusiyyətlərə malikdir: sərbəst yağ turşuları- 1.99 mmol / kq, peroksid ədədi -3.02, yod ədədi-128.4, tərkibində fosforun ümumi miqdarı-91 mmol/ kq. Qaz-maye xromatoqrafiya üsulu ilə yağın tərkibində 13 yağ turşusu müəyyən edilmişdir: miristin, palmitin, palmitolein, marqarin, heptadekanin, stearin, malvalin, olein, elaidin, linolein, linoleik, qandoin və stearin. Poli-doymamış yağ turşuları arasında linolenin (46.06%), monodoymamış turşular arasında olein (16.92%), doymuş turşular arasında palmitin (9.36%), tsiklopropen turşuları arasında stearin (13.35%) dominantlıq təşkil edir. Qiymətli yağ turşularının olması, o cümlədən yağın fiziki-kimyəvi və orqanoleptik xüsusiyyətləri, T. caucasica meyvələrindən əldə edilmiş yağın qida, dərman və kosmetik məqsədlərlə istifadəsini tövsiyə etməyə imkan verir.
ABCDE