ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
UKRAYNADA GƏLMƏ ERYSIPHE CORYLACEARUM (ERYSIPHALES, ASCOMYCOTA) GÖBƏLƏYİNİN YENİ QEYDİYYATI
Vasyl P. Heluta, Stella I. Fokşei

Məqalədə Ukraynada əvvəllər yalnız Kiyevdə  iki lokalitetdə aşkar edilmiş gəlmə unlu şeh göbələyi Erysiphe corylacearum (Erysiphales, Ascomycota) barədə yeni məlumat verilir. 2019-cu il sentyabrın sonunda bu növ əlavə olaraq Hutsulşçina Milli Təbiət Parkında (İvano-Frankivsk regionu, Ukrayna  Karpatı) altı yerdə tapılmışdır. Bu göbələk ilkin olaraq Şərqi Asiya-Şimali Amerika coğrafi aralığına malik olmuş, lakin son illər Türkiyə (2013), Azərbaycan (2016), Ukrayna (2016), İran (2017), Cənub-Şərqi Rusiya (2017), Gürcüstan (2018) və İsveçrədə (2019) də qeyd edilmişdir. Nəticə etibarilə, ehtimal edilir ki, bu növ Ukraynaya şərqdən daxil olmuşdur. Yeni lokalitetlərdən əksəriyyətində E. corylacearum adi fındığı (Corylus avellana) əhəmiyyətli dərəcədə yoluxdurur, kisə və sporlara malik zəngin meyvə cismləri əmələ gətirir. Növün artıq Ukrayna Karpatında və İsveçrədə aşkar edilməsini, unlu şeh göbələklərinin yeni ərazilərə sürətlə yayılmasını nəzərə alaraq, ehtimal edilir ki,  E. corylacearum Şərqi Avropanın bir çox ölkələrində tezliklə özünü biruzə verəcəkdir. 

Açar sözlər: adventiv növ, Corylus, adi fındıq, invasiya, unlu şeh, Ukrayna Karpatı
Ədəbiyyat

ABCDE