Bitki növlərinin yenilənmiş məlumat siyahısı, müəyyən regionda mövcud olan flora haqqında bilikləri genişləndirməklə ictimaiyyəti məlumatlandırmaq və bitki müxtəlifliyini qorunmasının fundamental əsasını təşkil edir. Bu cür nailiyyətlər Bitkilərin Qorunmasının Qlobal Strategiyası Hədəf 1-in həyata keçirilməsi ilə sıx bağlıdır. Bu məqalədə Qafqazdakı fitomüxtəlifliyin əsas mərkəzlərindən biri olan Azərbaycanın çiçəksiz vaskulyar (damarlı) bitkilərinin yenilənmiş nomenklatur məlumat siyahısına əlavələr verilmişdir. Məlumat siyahısı, Azərbaycan florasında rast gəlinən çiçəksiz vaskulyar (damarlı) bitkilərin taksonomiyası və nomenklaturası, təbii və ksenofit bitkilərin qəbul edilmiş adların və sinonimlərinin yenilənmiş siyahısına dair informasiyaları ehtiva edir. Bundan əlavə, onların botaniki-coğrafi rayonlar üzrə paylanması və həyat formaları, nadirlik və endemizm statusu təhlil edilmişdir. Məlumat siyahısına Azərbaycanın təbii və ksenofit çiçəksiz vaskulyar (damarlı) bitkilərinin 22 fəsiləyə və 50 cinsə aid olan 115 növ, 27 növdaxili taksa (yarımnöv və variasiya) və 11 təbii hibridləri daxildir. “Azərbaycan Florası”nın I cildi nəşr olunduqdan sonra müxtəlif tədqiqatçılar tərəfindən 50-yə yaxın yeni taksonun (növ, yarımnöv və variasiya) əlavə olunduğu müəyyən edilmişdir. Müvafiq bitki qruplarının son filogenetik və sistematik tədqiqatlarına əsasən, 28 taksonun arasında nomenklatura dəyişiklikləri edilmişdir. Müasir nomenklatura məlumat siyahısı Azərbaycanın elektron florasının hazırlanması üçün əsas mətnə çevriləcək və gələcək taksonomik, ekoloji, fizioloji, etnobotanik və fitokimyəvi tədqiqatlar üçün zəruridir.
ABCDE