Abşeronun Buzovna kəndi ətrafından gönçələmə fazasında toplanmış Artemisia maritima L. (Asteraceae) növünün yerüstü hissələrindən sütunlu xromatoqrafiya metodu ilə 3 fərdi kristallik maddə: 1. С15Н18О3 ə.t. 171-172°С, 2. С15Н18О3, ə.t. 130-131° С, 3. С15Н18О4, ə.t. 201-202° С alınmışdır. Onların 1Н NMR-spektirlərinin aydınlaşdırılmasından alınan nəticələr əsasında və həmçinin İQ-spektrlərinin bilavasitə müqayisəsi əsasında 1,2,3 maddələri uyğun olaraq α– santonin, qlabellin və artemizinlə identifikasiya edilmişdir.
ABCDE