Glebionis coronaria (= Chrysanthemum coronarium; Asteraceae) payızgülü, xrizantema kimi yerli adlarla tanınan qiymətli tərəvəz, dərman və bəzək bitkisidir. Bu növ Ukraynanın Mərkəzi Polissiya ərazisində becərilmir; bu səbəbdən, bu dəyərli və olduqca davamlı bitki növünün introduksiyasını tədqiq etmək və onun biyokimyəvi xüsusiyyətlərini öyrənmək vacibdir. Cari tədqiqatın məqsədi payızgülünün iki variasiyasının, G. coronaria var. discolor and G. coronaria var. coronaria. bitki nümunələrinin müqayisəli biokimyəvi analizini aparmaqdır. Tədqiqatın vəzifəsi bitkinin vegetasiya şəraitindən asılı olaraq yerüstü kütlədə qiymətli maddələrin miqdarına introduksiya şəraitinin təsirini; eləcə də bitkilərin qida, əczaçılıq və kosmetologiya sənayesində istifadə imkanlarını müəyyən etməkdən ibarətdir. İntroduksiya tədqiqatları 2014-2016-cı illərdə Jitomir Milli Agroekoloji Universitetinin Botanika Bağının eksperimental sahələrində, biokimyəvi tədqiqatlar isə Ukraynanın MEA M.M. Qrişko adına MBB-nin Kultural flora şöbəsinin laboratoriyasında aparılıb. Ukraynanın Mərkəzi Polissiya ərazisində introduksiya olunan G. coronaria bitkisinin yerüstü biokütləsinin biokimyəvi tərkibinin öyrənilməsi nəticəsində askorbin turşusu, karotin, şəkər, yağ, müəyyən makro-, mikroelementlər və aşı maddəsi kimi bir sıra qiymətli maddələrdən ibarət olduğu aşkar edilmişdir. Bitkinin iki variasiyasının (var. discolor, var. coronaria) quru maddə tərkibi statistik olaraq, ümumi şəkər, karotin, askorbin turşusu, fosfor, kalsium, kül, aşı maddəsi, yağ, mis, sink, dəmir, margans istisna olmaqla oxşar olması müəyyən edilmişdir; belə ki, margans G. coronaria var. coronaria taksonunda daha yüksəkdir. Tədqiqat illəri ərzində vegetasiya dövrlərindən asılı olaraq bitkilərin biokimyəvi göstəriciləri dəyişib. Əldə edilmiş nəticələr təsdiq edir ki, G. coronaria qiymətli introduksiya olunmuş bitkidir və insanın həyat fəaliyyəti üçün zəruri olan potensial zəngin bioloji aktiv maddələr mənbəyidir. Glebionis coronaria qida və əczaçılıq sənayələrində istifadə məqsədilə Ukraynanın Polissiya zonasında və iqlim cəhətdən oxşar mülayim regionlarda becərilmə üçün perpektivli tərəvəz bitkisidir.
ABCDE