ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
CARTHAMUS LANATUS (L.) BOISS. BİTKİSİNİN TOXUMUNDAN ALINAN PiY YAĞININ KİMYƏVi TƏRKİBiNiN ÖYRƏNİLMƏSi
Şəhla Ə. Qasımova

Məqalədə Carthamus lanatus (L.) Boiss. (Asteraceae Bercht. et J.Preslu) bitkisinin toxumunun piy yağının fiziki-kimyəvi xüsusiyyətləri, tərkibi və yağ turşularının miqdarı təqdim olunur. Bu növ Azərbaycanda arandan aşağı dağ qurşağına kimi demək olar ki, bütün botaniki-coğrafi rayonlarında yayılmışdır. Bitkinin toxumları Şamaxı rayonundan yığılmışdır. Yağ turşularının metil efirlərinin keyfiyyət tərkibi və kəmiyyət göstəricisi “HP” 6890 alov ionlaşma detektoru ilə xromatoqrafda müəyyən edilmişdir,  ayırmaq üçün Agilent 112-88A7 seriyalı kapilyar sütun istifadə edilmişdir. Qaz-maye xromatoqrafiya üsulu ilə C. lanatus bitkisinin toxumlarından alınan yağın tərkibində səkkiz yağ turşusu və trans-izomerlər müəyyən edilmişdir. Yağ turşularının əsas hissəsini linol (75.2%) və olein turşuları (13.3%) təşkil edir, qalan hissəsi isə palmitin (6.6%), stearin (3.5%), linolen (0.1%), eykosin (0.1%), palmitolein (0.1), miristin (0.1%) turşuları və trans-isomerlərdən (0.14%) ibarətdir. Fiziki-kimyəvi analizlərə əsasən, piy yağının aşağıdakı göstəriciləri var: sabunlaşma ədədi  192.1, sərbəst  yağ turşularının miqdarı 0.8%, peroksid ədədi 2.1, yod ədədi 142.5, fosfor tərkibli maddələrin kütləsi - 3.0 mq / kq. Yağın tərkibində  yüksək miqdarda ω-6 və ω-3 doymamış yağ turşuları olan linol və olein  turşuların olması C. lanatus bitkisinin toxumlarını qiymətli bir məhsul kimi xarakterizə edir. Azərbaycan florasında C. lanatus bitkisinin böyük təbii ehtiyatlarının olması nəzərə alınarsa, bu növün dərman, qida və texniki bitki kimi istifadəsi üçün olduqca yaxşı perspektivləri olduğu iddia edilə bilər.

 

 

Açar sözlər: Asteraceae, piy  yağlı bitki, qaz-maye xromatoqrafiya, yağ turşuları.
Ədəbiyyat

ABCDE