Avropada bitən Pyrus cinsinin taksonlarına P. comunis, P. pyraster, P. nivais və P. cordata subsp. cordata aiddir. Onlardan P. pyraster bir sıra müəlliflər tərəfindən P. communis növünün variasiyası və ya yarımnövü kimi göstərilmişdir. Bu tədqiqat işində P. pyraster ilk dəfə olaraq Türkiyədən təqdim edilir. Növ son zamanlarda İtaliyadan təsvir edilmişdir və burada morfologiyaya əsasən P. pashia növünün sinoniminə keçirilmişdir. Həmçinin bu qrupun taksonomiyasını daha yaxşı dərk etmək üçün P. pashia və ona yaxın P. cordata subsp. boissieriana toxumunun quruluşu (naxışı) müzakirə edilir.
ABCDE