Aparılan tədqiqat işində Böyük Qafqazın Quba massivi ərazisindən toplanmış Teucrium L. cinsinə aid növlərin — T. chamaedrys L., T. orientale L., T. hircanicum L., T. polium L. morfoloji xüsusiyyətləri öyrənilmişdir. Tədqiqatın məqsədi toplanan növlərin xarakterik morfoloji əlamətlərinin müəyyənləşdirilməsi və onların fərqləndirici xüsusiyyətlərinin olmuşdur. aydınlaşdırılması 2021–2022-ci illərdə aparılmış çöl təcrübələri zamanı toplanan 33 bitki nümunəsi əsasında gövdə, yarpaq, çiçək, meyvə quruluşu öyrənilərək ədəbiyyat məlumatları ilə müqayisə edilmişdir. Növlər arasında vegetativ və generativ orqanların quruluşunda – yarpaq ayasının forması, yarpaq kənarının quruluşu, kasacıq və çiçək tacının rəngi və tükcük örtüyünün sıxlığı eləcə də çiçək qrupu kimi morfoloji əlamətlərdə fərqlər müəyyən edilmişdir. Bitki nüsxələri üzərində həmçinin çiçək qrupu uzunluğu, çiçək qrupları arasındakı məsafə, çiçək qrupunda çiçəklərin sayı kimi əlamətlərin morfometrik ölçmələri aparılmışdır. Ölçülmüş əlamətlər üzrə orta qiymət (Mean), standart kənarlaşma (SD) hesablanmış, variasiya əmsalı (CV) və korrektə olunmuş variasiya əmsalı (CVcorr ) vasitəsilə dəyişkənlik səviyyəsi qiymətləndirilmişdir. Tədqiqat nəticələri Böyük Qafqaz florasının növmüxtəlifliyinin və Teucrium L. cinsinin sistematik xüsusiyyətlərinin daha dərindən öyrənilməsinə elmi töhfə verir.
ABCDE