ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN XƏZƏR DƏNİZİNİN CƏNUB SAHİLLƏRİNDƏ YOSUNLARIN NÖV TƏRKİBİNİN, BOLLUQ DİNAMİKASININ VƏ BİOİNDİKATOR XÜSUSİYYƏTLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
Aytac B. Muradova Sayadlı, Yaqut M. Malikli

Bu  tədqiqat 2023-2024-cü illərdə Xəzər dəniznin cənub sahili boyunca (Lənkaran, Astara, Masallı və Neftçala) yosun icmalarının inkişafını və onların məkan-zaman dəyişikliyini araşdırır. Tədqiqat Bacillariophyta, Chlorophyta, Cyanobacteria, Rhodophyta, Charophyta və Ochrophyta şöbələrinə daxil olan növlər olmaqla 98 taxson müəyyən edilmişdir. Nəticələr yer və il üzrə dəyişmiş, ən yüksək dəyərlər Lənkaranda (2023) və Astarada (2024) müşahidə edilmişdir. Diatom və xlorofit bütün tədqiqat sahələrində üstünlük təşkil edən əsas qrup olmuşdur. Şhannox müxtəliflik indeksi 3.94–4.42 arasında dəyişmişdir ki, bu da yosun icmalarında yüksək növ müxtəlifliyi və ekoloji sabitliyi göstərir, eyni zamanda Evenness barabərlik indeksi (0.944–1.03) fərdlərin növlər arasında nisbətən bərabər paylandığını və güclü dominantlığın olmadığını göstərir. Klaster təhlili göstərmişdir ki, yosun icmalarının strukturu eyni fəsillər daxilində yüksək oxşarlıq, fəsillər arasında isə əhəmiyyətli fərqlər nümayiş etdirir və bu, bolluq göstəricilərinin zamna üzrə dəyişməsinin əsasən mövsümü ekoloji aillərlə əlaqəli olduğunu tədstiqləyir. Suyun temperaturu əhəmiyyətli dəyişkənlik göstərmişdir (8.1–27.4°C; P < 0.0002) və TDS göstəricilərində statistik cəhətdən əhəmiyyətli fərqlər müşahidə edilməmişdir (P > 0.05). Temperaturun artması yosun çiçəklənməsinin intensivləşmsi ilə əlaqələndirilmiş və potensial risk faktoru kimi qiymətləndirilmişdir. Cənubi Xəzər sahili boyunca yosun icmalarının taksonomik tərkibi və bolluq modelləri ətraf mühit şəraitindən təsirlənir və su ekosistemlərinin ekoloji sağlamlığının qiymətləndirilməsində mühüm rol oynayır.

Açar sözlər: müxtəliflik indeksləri, hidrokimyəvi parametrlər, makroyosunlar, fitoplankton, saprobik indeks, mövsümi dəyişkənlik
Ədəbiyyat

ABCDE