ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
QUBA RAYONUNUN MAKROGÖBƏLƏKLƏRİ (AZƏRBAYCAN): BİOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ İSTİFADƏ POTENSİALI
Aytac A. Əliməmmədova Hüsüyeva, Dilzarə N. Ağayeva, Nina A. Bisko

Bu məqalədə, Azərbaycanın Quba rayonunda rast gəlinən növlərə diqqər yetirilərək, göbələklərin farmakoloji dəyəri, onların bioloji aktiv maddələri və tədqiqat tendensiyaları haqqında məlumat verilir. Tədqiqat işi həm əvvəlki illərə aid herbarı nümunələri, həm də müəlliflər tərəfindən son illərdə toplanmış göbələk nümunələri əsasında aparılmışdır. Nəticədə, tədqiq olunan ərazidə qeydə alınmış ümumilikdə 104 növ və bir variasiyadan 27-sinin qiymətli terapevtik təsirlərə malik olduğu müəyyən edilmişdir. Göbələklər Ascomycota və Basidiomycota şöbələrinə aiddir və 16 fəsilə, 7 sıra və 22 cins ilə təmsil olunur.

Açar sözlər: bioloji aktiv birləşmələr, bioloji aktivlik, ekologiya, müalicəvi göbələklər, taksonomiya
Ədəbiyyat

ABCDE