ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
PUNICA GRANATUM L. NÖVÜNÜN MEYVƏ ŞİRƏSİ VƏ ÇİÇƏYİNDƏ FENOL TURŞULARININ TƏRKİBİ VƏ MİQDARI
Aydan M. Zeynalova, Eldar N. Novruzov

Nar (Punica granatum) əhəmiyyətli bioloji aktiv maddələrin mənbəyi sayılır. Bu maddələr əsasən fenol və ya polifenol, flavanoid (katexin və izoflavon), o cümlədən fenol törəmələri tərkibli (fenol turşularıvə xalkon) birləşmələrdir. İşin əsas məqsədi yabanı narın meyvə şirəsi və çiçəklərinin kəmiyyət və keyfiyyət tərkibinin tədqiqidir. Azərbaycan Respublikasının Siyəzən rayonu Qalaaltı kəndində yabanı halda bitən narın meyvə şirəsi və çiçəyinin fenol turşularının kəmiyyət və keyfiyyət tərkibi ilk dəfə tərəfimizdən öyrənilmişdir. P. granatum növünün meyvə şirəsində və çiçəyində olan fenol turşularının identifikasiyası və miqdarının təyin olunmasında yüksək effektivli maye xromatoqrafiya metodu istifadə olunmuşdur. Xromatoqrafik analiz Varian LC/MS (US Ser. № 05755) vasitəsilə yerinə yetirilmişdir. Məlum olmuşdur ki, şirə və çiçək nümunələrinin tərkibindəki fenol turşuları həm keyfiyyət, həm də kəmiyyət tərkibi ilə bir-birindən fərqlənir. Çiçək ekstraktının tərkibində  kofein, xlorogen, darçın, ferul, qal,  p-kumarin və sinap fenol turşuları aşkar edilmişdir. Meyvə şirəsinin tərkibində qal turşusu istisna olmaqla, eyni fenol turşular aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, çiçəkdə olan  fenol turşuları arasında sinap və ferul turşuları əsas komponentlər olub, ümumi fenol turşularının  98.5%-ni təşkil edir. Meyvə şirəsində isə xlorogen (43.4%) və sinap (37.1%) turşuları üstünlük təşkil edir. Təyin olunmuş əksər fenol turşuları farmakoloji xüsusiyyətlərə malikdir. Narın müxtəlif hissələrinin fenol turşularının tərkibinin öyrənilməsi göstərir ki,adı çəkilən növün nəyinki meyvə şirəsi eyni zamanda ləçəkləri də farmaseptik fəal birləşmələrin və biopestisidlərin təbii potensial mənbəyi hesab oluna bilər. 

Açar sözlər: bioloji aktiv komponentlər, yüksək effektli maye xromatoqrafiya, identifikasiyası və miqdarın təyini
Ədəbiyyat

ABCDE