ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANDA ŞABALID QABIĞININ XƏRÇƏNGİ: MÖVCUD VƏZİYYƏT VƏ XƏSTƏLİKLƏ MÜBARİZƏ PERSPEKTİVLƏRİ
Dilzarə N. Ağayeva, Şiroma Sathyapala, Elnarə Ə. İsgəndərli, Simone Prospero

Azərbaycanda şabalıd xəstəliyinin törədicisi olan Cryphonectria parasitica rəsmi olaraq 2004-cü ildə aşkar edilib. Hazırda bu xəstəlik geniş yayılıb və adi şabalıdın (Castanea sativa) təbii bitdiyi səkkiz meşə rayonundan yeddisində ciddi xəstəlik törədir. 2015 və 2023-cü illərdə aparılan tədqiqatlar göstərdi ki, yerli göbələk populyasiyasında geniş yayılmış bir vegetativ uyğunluq tipi qonşu Gürcüstanda da üstünlük təşkil edir. Nümunə götürülmüş və təhlil edilmiş bütün 296 qabıq nümunələri virussuz C. parasitica ştammları tərəfindən törədilib ki, bu da hipovirulentliyə səbəb olan CHV1 virusunun Azərbaycanda hələ də mövcud olmadığını göstərir. Burada biz CHV1 ilə yoluxmuş göbələk ştammları ilə virulent qabıq yaralarını müalicə etməklə bu virusun Azərbaycan C. parasitica populyasiyasına süni şəkildə introduksiyasının mümkünlüyünü müzakirə edirik.

Açar sözlər: bioloji mübarizə, Cryphonectria parasitica, xəstəlik, hipovirulentlik, mikovirus
DOI:
Ədəbiyyat

ABCDE