Məqalə papaqlı göbələklərin genofondunun təmiz kulturada saxlanmasının mühüm əsası kimi IBK Makromiset Kultura Kolleksiyasına və Ukraynada yeməli və tibbi əhəmiyyətli göbələklərin biologiyası və biotexnologiyası üzrə fundamental tədqiqatlara həsr edilib. Makromisetlərin təmiz kulturalarının ayrılması üsulları təsvir edilir və vegetativ miseliləri canlı şəraitdə saxlamaq üçün aqarlı qida mühitlər sadalanır. DNT nukleotid ardıcıllıqlarına əsasən yoxlama üsulları təsvir olunur, aqarlı qidalı mühitlərdə ştamların kultural morfoloji xüsusiyyətləri, optik və skan elektron mikroskopu vasitəsilə vegetativ miselilərin mikrostrukturları səciyyələndirilir. Çoxsaylı makromisetlər tərəfindən bioloji aktiv maddələrin - melaninlər, polisaxaridlər, lipidlər, sitokininlərin istehsalı, antimikrob aktivliyi, ağır metal udulması qabiliyyəti öyrənilmişdir. IBK Kolleksiyasında saxlanılan biotexnologiyada istifadə üçün vacib olan bəzi yeməli və tibbi əhəmiyyətli göbələk növlərinin siyahısı təqdim edilir. IBK Kolleksiyasında saxlanılan nadir göbələk növlərinin kulturalarına, xüsusilə bunlardan Ukraynanın Qırmızı Kitabına daxil olanlara diqqət yetirilir. Onların təyin edilməsi və yoxlanması meyarları qısa şəkildə müzakirə olunur. Ukrayna üçün 10 nadir makromiset növün vegetativ miselisinin mikroskopik əlamətləri və koloniyalarının morfolojı xüsusiyyətləri verilir. Qida mühitin əsas parametrləri, bitki biostimulyatoru və makromisetlərin müəyyən növləri üçün becərmə şəraiti xarakterizə edilir. IBK kolleksiyasında saxlanılan ştammlar, bioloji aktiv maddələrin potensial istehsalçıları seçilib və onların becərilməsi şəraiti, qida mühitin tərkibi və bioloji aktiv maddələrin sintezinin stimullaşdırılması üsulları müəyyən olunub. Yüksək məhsuldarlığa malik olan yeməli və tibbi əhəmiyyətli göbələk ştammlarının meyvə cismininin əmələ gəlməsi üçün elektiv bitki subtratları nümayiş edilib.
ABCDE