ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
LACTUCA SERRIOLA L. NÖVÜ YERÜSTÜ HİSSƏLƏRİNİN MAYE XROMATO-MASS SPEKTROMETRİYA ÜSULU İLƏ KİMYƏVİ TƏRKİBİNİN TƏDQİQİ
Emil N. Şükürlü, Fatih Göger

Tədqiqat işi Lactuca serriola L.- in yerüstü hissələrinin (gövdə və yarpaqlar) kimyəvi tərkibinin tədqiqinə həsr edilmişdir. L. serriola L.-in (320 q) yerüstü hissələrinin fitokimyəvi tədqiqi flavonoid törəmələrinin mövcudluğunu aşkar etmişdir. Bitki xammalının asetonlu ekstraksiyasında ümumi ekstraktiv tərkib maye xromatoqrafiya-kütlə spektrometrik (LC-MS) üsulu ilə tədqiq edilərək orada flavonoid törəmələrinin olması müəyyən edilmişdir. Ümumilikdə 20 birləşmə əldə edilmiş və bunlardan 11-i identifikasiya edilmişdir. Onların karboksil turşusu törəmələri, monosaxaridlər, fenol birləşmələri və flavonoidlərə aid olduğu müəyyən edilmişdir. LC-MS prosesi isə Shimadzu 20 A HPLC sistemi ilə həyata keçirilib və maddələrin identifikasiyası Analyst 1.6 proqramı ilə reallaşdırılmışdır. Qlükon turşusu, qlükoza, kversetin identifikasiya edilən birləşmələr arasındadır. Qlükon turşusu əczaçılıq sənayesində istifadə olunur və FDA (Amerikan Qida və Dərman Administrasiyası) və AB tərəfindən qida əlavəsi kimi istifadə olunmaq üçün təhlükəsiz hesab edilmişdir. L. serriola ənənəvi folklor təbabətdə mədə-bağırsaq, tənəffüs yolları və bir çox digər xəstəliklərin müalicəsi üçün istifadə edilmişdir. Onun həmçinin yüksək antioksidant xassəsi, sakitləşdirici, hipnotik, sidikqovucu, anestezik, antispazmodik, xərçəng əleyhinə, antibakterial, bronxodilatator, damargenəldici xüsusiyyətləri vardır. Mövcudluğu, münasibliyi və tibbi əhəmiyyəti müxtəlif bioaktiv maddələrin tədqiqi baxımından diqqəti cəlb edir.

Açar sözlər: Lactuca növləri, LC-MS, flavonoidlər, fenol birləşmələri, kversetin, qlükon turşusu
Ədəbiyyat

ABCDE