Tədqiqat Quba rayonunun yeməli göbələkləri haqqında ilkin məlumatları əks etdirir. Nümunələr 2017-19-cu illərdə meşə ekosistemindən toplanmışdır. Tədqiqat nəticəsində 14 cinsə aid 17 yeməli göbələk növü (Amanita rubescens, Boletus edulis, B. reticulatus, Cerioporus squamosus, Clitocybe odora, Clitopilus prunulus, Coprinellus micaceus, Hortiboletus rubellus, Laetiporus sulphureus, Leccinellum pseudoscabrum, Legaliana badia, Lycoperdon perlatum, Macrolepiota mastoidea, M. procera, Russula risigallina, R. turci, Xerocomellus chrysenteron) ayırd edilmişdir. Bunlardan Legaliana badia Azərbaycan mikobiotası üçün yenidir. Digər bütün növlər tədqiqat ərazisi üçün yenidir. Göbələklərin GPS koordinatları və ekoloji qrupları qeyd edilmişdir
ABCDE