Məqalədə mərkəzi Kiçik Qafqazda (Azərbaycan hüdudlarında) florasının qida bitkilərinin taksonomik tərkibi, bioekoloji xüsusiyyətləri, yeyintidə istifadəsi haqqında məlumat verilir. Aparılmış taksonomik analiz nəticəsində ərazidə 59 fəsilə, 157 cinsə aid 209 növ qida bitkisi aşkar edilmişdir. Müəyyən edilmiş növlər arasında həyatı formalarına görə çoxillik (95 növ), birillik (43 növ) ot bitkiləri üstünlük təşkil edir. Sonra ağac (28 növ), kol (24 növ) bitkiləri, ikiillik ot bitkiləri isə 21 növlə təmsil olunur. Rütubətə münasibətinə görə 6 ekoloji tip müəyyən edilib. Onlar arasında mezofitlər (91 növ), kserofitlər (74 növ) üstünlük təşkil edir. Mezokserofitlər tipinə - 23, kseromezofitlər – 20, mezohiqrofitlərə isə 1 növ aiddir. Aşkar edilmiş qida bitkilərindən 50 növünün yarpağı təzə, bişirilmiş və qovrulmuş halda, 30 növün cavan yarpaq və gövdələri tərəvəz kimi salatda, 42 növün yarpaqla birlikdə kökündən, kökümsovundan, soğanağından, kökyumrusu və meyvəsindən çiy, duza qoyulmuş, bişirilmiş halda və müxtəlif qida məhsullarının hazırlanmasında, 30 növdən yağın alınmasında istifadəsi müəyyən edilmişdir.
ABCDE