Tədqiqat işi Lactuca serriola L. növü köklərinin asetonlu ekstraktından alınan kristallik kütlənin kimyəvi tərkibinin öyrənilməsinə həsr edilmişdir. Kristallik kütlə qaz xromatoqrafiya-mass spektrometriya (QX-MS) üsulu ilə analiz edilərək əksər bitki növlərində rast gəlinən (palmitin turşusunun metil efiri, n-heksadekan turşusu, trans-metiloleat, 11-oktadesen turşunun metil efiri, metil stearat, olein turşusu, 11-eikosen turşusunun metil efiri də daxil olmaqla) 21 komponent identifikasiya olunmuşdur. Bundan başqa, L. serriola növü üçün xarakterik bəzi triterpen birləşmələri [olean-12-en-3-on, 13,27-tsikloursan-3-on, ursa-9(11),12-dien-3-ol asetat, lupeol, germanikol, lup-20(29)-en-3-ol, asetat, (3β)] də təyin edildi. Azərbaycan florasında onun ol-duqca geniş ehtiyatının olmasına və kimyəvi tərkibinin zənginliyinə baxmayaraq L. serriola hələ də tədqiqat obyekti olmamışdır. Bu səbəbdən, bitkinin keyfiyyət və kəmiyyət tərkibinin tədqiqi əhəmiyyət kəsb edir.
ABCDE