Təqdim olunan məqalədə Qarabağın aran ərazilərində yayılmış Juncaceae və Poaceae fəsilələrinə aid olan növlərin təbii ekosistemlərdə rolu, faydalı resurslarının etnobotaniki xüsusiyyətləri, fitosenoloji təhlili, növlərin təbiətdə mövcud vəziyyəti və əhali arasında aparılmış etnobotaniki sorğular verilmişdir. Aparılmış geobotaniki tədqiqatlar əsasında təbii fitosenozların mövcud vəziyyəti və taksonomik tərkibi müəyyən edilmişdir. Növlərin yayılma arealı qeydə alınmış, herbari nümunələri toplanılmış, təhlil edilərək və müəyyən edilmişdir. Fitosenozların tərkibi və strukturu, cins və növlərin taksonomik vəziyyəti sistemləşdirilmişdir. Ədəbiyyat məlumatlarına və aparılan tədqiqatlara əsasən müəyyən edilmişdir ki, Qarabağın düzənlik ərazilərində Poaceae fəsiləsi 55 cinsə aid 108 növlə, Juncaceae fəsiləsi iki cinsə aid 12 növlə təmsil olunur. Etnobotaniki sorğular əsasında əhalinin istifadə etdiyi bir sıra faydalı bitkilər haqqında məlumat əldə edilmişdir. Juncus növlərindən əsasən yem bitkisi kimi və səbət toxumasında istifadə olunur. J. articulatus üst hissələri mədə-bağırsaq traktının xəstəlikləri, qaraciyər xəstəlikləri, ödqovucu və bəlğəmgətirici kimi, həmçinin dəri xəstəlikləri, şişlər və irinli yaraların sağalmasında istifadə olunur. Tədqiqat ərazisində mövcud olan növlərdən qida kimi, heyvandarlıqda, əkinçilikdə və tikinti materialları kimi də istifadə olunur. 18 müxtəlif yaş qrupu üzrə aparılan təhlillər nəticəsində məlum olmuşdur ki, ərazidə yayılmış bir çox dərman əhəmiyyətli ot növlərindən istifadə olunmur.
ABCDE