ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
STRESS FAKTORLARI ALTINDA RELİKT NÖVLƏRDƏ ANTİVİRAL, ANTİOKSİDANT VƏ FOTOSİNTETİK PARAMETRLƏRİN ANALİZİ
Sevil B. Dadaşova, Gülnarə X. Babayeva, Aytac İ. Əsgərova, Gülnar H. Sultanova, Rəna A. Qəniyeva

Ətraf mühitin streslərinə qarşı relikt bitki növlərinin antioksidant birləşmələrin akkumulyasiyası daxil olmaqla biokimyəvi strategiyaları işlənib hazırlanmışdır. Bu tədqiqatlarda Buxus sempervirens, Ruscus hyrcanus Parrotia persica ekstraktlarının antioksidant və antiviral xüsusiyyətləri qiymətləndirilib. Antioksidant aktivlik DPPH radikal təmizləmə metodu ilə qiymətləndirilib, bu zaman B. sempervirens 0.04 µg/ml miqdarında ən güclü təsir nümayiş etdirmişdir. Fotosintetik piqmentlərin (Xl a və b) yüksək intensivli işıq təsiri altında fotosolmaya qarşı müqaviməti də təhlil edilib və digər növlərlə müqayisədə B. sempervirens növündə daha yüksək piqment sabitliyi aşkar edilib. Antiviral fəaliyyəti qiymətləndirmək üçün PNRSV virusu ilə yoluxmuş albalı calaqaltıları (Gizella 6) ekstraktlarla işlənilmişdir. B. sempervirens R. hyrcanus ekstraktlar ilə işlənilmiş bitkilərdə 6-cı həftədə simptomların şiddəti azalır və sağlam yarpaqların sayı artır. Əldə edilən məlumatlar göstərir ki, bəzi relikt növlər fotosintetik funksiyanı və membran bütövlüyünü qorumaqla stress müqavimətinin artmasına kömək edə bilən antioksidan və antiviral xüsusiyyətlərə malikdir.

Açar sözlər: antioksidant, Buxus sempervirens, xlorofil, Parrotia persica, fotoingibirləşmə, fotosintez, Ruscus hyrcanus, virus PNRSV
Ədəbiyyat

ABCDE