ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN BƏZİ DƏRMAN BİTKİLƏRİNİN MİKROBİSİD XÜSUSİYYƏTLƏRİNİN MÜQAYİSƏLİ QİYMƏTLƏNDİRİLMƏSİ
İlkin C. Qənbərli, Emma M. Ağayeva, İbadullayeva C. Səyyarə, Nuri V. Mövsümova, Yeganə A. Baxışova, Hafizə T. Mənsurova, Vidadi A. Nərimanov

Məqalədə yeddi dərman bitkisinin (Carum carviPastinaca umbrosa, Geranium palustre, Mentha longifolia, Rosa canina, J. paucijuga, Malabaila sulcata) antibiotiklərə rezistent mikroorqanizmlərə qarşı mikrobosid təsiri müqayisəli öyrənilmişdir. Dərman bitkiləri ekstrakt, efir yağı, dəmləmə, eyni zamanda bərk fazalı ekstraksiya ilə alınmış hazır toz şəklində istifadə olunmuşdur. Bağırsaq infeksiyalarının diaqnostikası klinik, patoloji və epidemioloji məlumatlar nəzərə alınmaqla mikrobioloji üsullarla (Endo, yumurta sarılı mannitol duzlu aqar, Sabouraud dextrose aqar) aparılmışdır. Kəskin bağırsaq infeksiyaları zamanı təcrid olunmuş mikroorqanizmlərin identifikasiyası lateks aqqlütinasiya (E. coli Latex Test), VITEK 2 kompakt avtomatlaşdırılmış analizator, sürətli identifikasiyaya imkan verən Mari Pok ishal paneli (2 saat) vasitəsilə həyata keçirilmişdir. Mentha longifolia ekstraktı və ətirşah bitkisinin efir yağının Staphylococcus aureus (inhibisiya zonası 26±1.8 mm və 22±2.5 mm), Pseudomonas aeruginosa növünə (inhibisiya zonası 19±0.6 mm və 21±0.3 mm) qarşı mikrobosid aktivliyi aşkar edilmişdir. Geranium palustre bitkisindən alınan efir yağı Candida albicans növünə qarşı funqisid (inhibisiya zonası 16±0.2 mm) xüsusiyyətə malikdir. Mentha longifolia ekstraktı Klebsiella pneumoniae (GSBL(+)) əleyhinə (inhibisiya zonası 15±1.8 mm), Carum carvi ekstraktı isə Esherichia coli növünə qarşı (inhibisiya zonası 20±1.3 mm) aktiv olmuşdur. Tədqiqat nəticəsində dərman bitkilərinin mikrobosid fəallığa malik olduğu müəyyənləşmiş və onların ishal zamanı istifadəsi tövsiyə edilmişdir.

Açar sözlər: antibiotik rezistentliyi, ishal, mikrobosidiallıq, bitki ekstraktları
Ədəbiyyat

ABCDE