ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
BÖYÜK QAFQAZ ƏRAZİSİNDƏ (AZƏRBAYCAN DAXİLİNDƏ) PLATANTHERA CHLORANTHA (ORCHİDACEAE) NÖVÜNÜN SENOPOPULYASİYALARININ MORFOMETRİK VƏ VİTALİTET STRUKTURU
Nigar Mürsəl, Naibə P. Mehdiyeva, Donata Cafasso, Maya M. Işmuratova

Məqalədə ilk dəfə olaraq Platanthera chlorantha nadir növünün Böyük Qafqaz ərazisində senopopulyasiyalarının morfometrik və vitalitet strukturunun tədqiqinin nəticələri əks olunmuşdur. Tədqiqatlar 2017-2024-cü illər ərzində Xızı, Siyəzən, Quba, Qusar, Şamaxı, Qəbələ və Şəki rayonlarında aparılmışdır. Tədqiqatın məqsədi P. chlorantha növünün senopopulyasiyalarının morfometrik və vitalitet strukturunu araşdırmaq, onlara iqlim və edafik amillərin təsirini müəyyən etməkdir. Morfometrik parametrlərin orta qiyməti göstərir ki, çiçək oxunun uzunluğunun ən yüksək qiyməti SP 4-də, ən aşağı isə SP 5-də müşahidə edilmişdir. Dəyişkənlik təhlilinin nəticələrinə görə ən çox dəyişən parametr çiçəklərin sayı olmuşdur. Parametrin ən yüksək qiyməti SP 2, SP 4, SP 5-də müşahidə olunur. Korrelyasiya təhlilinin nəticələri göstərir ki, bütün senopopulyasiyalarda çiçək oxunun uzunluğu ilə çiçəklərin sayı arasında çox güclü korrelyasiya müşahidə olunur. Vitalitet strukturun analizinin nəticələrinə əsasən, yeddi senopopulyasiyada yuxarı və orta vitalitet siniflərinə (Q˃c) aid olan fərdlər üstünlük təşkil edir. Onlar çiçəklənən tip kimi təsnif edilir. Lakin SP 2 və SP 9 depressiv tipə aiddir. Senopopulyasiyaların Iq qiymətləri 0.11 ilə 3.07 arasında dəyişir. Ən yüksək Iq qiyməti SP 5-də, ən aşağı isə SP 9-da müşahidə edilir. Vitalitet indeksinin qiymətləri 0.14 ilə 0.79 arasında dəyişir. Bu indeksin ən yüksək qiyməti SP 6-da müşahidə olunur, digər senopopulyasiyalarda isə daha aşağıdır. Yaşıl ləçəkotu bitkisinin fərdlərində bitkinin hündürlüyü və çiçəklərin sayı morfoparametrləri arasında aparılmış regresiya analizinin nəticələri göstərir ki, bu morfoparametrlər arasında bütün hallarda əlaqə müsbət olmuşdur. Bu da gələcəkdə həmin ərazilərdə bitkinin özünübərpa prosesinin güclü gedəcəyini və sayının sabit qalacağını göstərir.

Açar sözlər: korrelyasiya, iqlim, ekologiya, plastiklik, nadir növ
Ədəbiyyat

ABCDE