Məqalədə Böyük Qafqazın Quba-Qusar bölgəsində yabanı bəzək bitkilərinin biomorfoloji və ekoloji xüsusiyyətləri səciyyələndirilir. Biomorfoloji spektrin təhlili nəticəsində 51 növ (29.6%) rizomalı polikarp, 20 növ (11.6%) milköklü monokarp, 9 növ (5.3%) milköklü polikarp, 4 növ (2.3%) rizomalı monokarp, 19 növ kökümsovlu polikarp, 20 növ (11.6%) soğanaqlı polikarp, 22 növ (12.8%) lifli monokarp, 8 növ (4.6%) ağac, 10 növ (5.8%) kol, 5 növ (2.9%) hündür kollar və 4 növ (%2) kolşəkilli lian müəyyən edilmişdir. Həmçinin, biomorf qrupları əlverişsiz şəraitdə (soyuq və ya quru) yeni qönçələrin mühafizəsi mövqeyinə və üsuluna görə fanerofitlər (28 növ, 16.2%), hemikriptofitlər (65 növ, 37.8%), kriptofitlər (57 növ, 12.8%), terofitlər (22 növ) qruplarına ayrılmışlar. Ekoloji qruplar arasında mezofitlər 123 növlə (71.6%) üstünlük təşkil etmişdir. Quba-Qusar bölgəsinin florasında üç invaziv növ Ailanthus altissima (Simarobuaceae), Robinia pseudoacacia (Fabaceae) və Acalypha australis (Euphorbiaceae) yayılmışdır ki, onlardan ikisi də A. altissima və R. pseudoacacia dekorativ xüsusiyyətlərinə görə məqsədli şəkildə introduksiya edildiyi düşünülür.
ABCDE