ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
DƏRMAN ƏHƏMİYYƏTLİ LAURUS NOBILIS (LAURACEAE) NÖVÜNÜN MÜXTƏLİF EKOLOJİ LANDŞAFTLARDA STRUKTURAL-PLASTİK CAVAB REAKSİYALARININ EKOLOJİ ANATOMİK TƏDQİQİ
Aygün S. Sərdarova, Səyyarə C. İbadullayeva

Aparılmış tədqiqatın məqsədi Azərbaycan Respublikasının müxtəlif ekosistemlərindən götürülmüş Laurus nobilis bitki növü nümayəndələrində mühit faktorlarının təsiri ilə yarana biləcək struktur anatomik fərqlərin öyrənilməsi üçün müqayisəli ekoloji anatomik analizər aparmaqdır. Elmi tədqiqat zamanı daxili anatomik strukturların müəyyənləşdirilməsi və lazımi təsviri materialların əldə edilə bilməsi məqsədilə bitkinin konkret orqanlarından nümunələr götürülmüş, bu nümunələr fiksator daxilində qorunmuş və laboratoriya şəraitində kəsim üçün hazırlanmışdır.  Yarpaq, saplaq və gövdədən əldə edilmiş en kəsimləri histokimyəvi reagentlərlə işlənildikdən sonra onlardan daimi preparatlar hazırlanmışdır. Bu preparatlar işıq mikroskopu ilə analiz edilmiş və lazımi fotomikroqraflar götürülmüşdür. Mikroskopik müşahidələr və biblioqrafik bazalara istinad edilərək bitkinin ayrı-ayrı orqanlarındakı struktur funksional asılılıqlar izah olunmuşdur. Tədqiqat zamanı mikroskopik analizlərlə Toğanalı ərazisindən götürülmüş L. nobilis növünün yarpağında trixomaların əmələ gəlməsi müşahidə olundu. Eyni zamanda müqayisəli şəkildə öyrənilən hər üç ekotip nümunənin bütün vegetativ orqanlarında sxizogen tipli ifrazat yerliyinin olması müəyyənləşdirildi ki, bu da növün fitoterapevtik dəyərini təsdiqləyən endogen ifrazat toxuma strukturudur. Bununla yanaşı analiz olunan hər bir vegetativ orqanın qabıq sahəsində lizigen tipli yerliklər və hüceyrələrdə toplanmış müxtəlif erqast və konstitusion maddələr müəyyən olundu. Gəncə ərazisindən götürülmüş nümunənin yarpağında bu ərazinin ekosisteminə adaptasiya əlaməti kimi parenximatik ekstreziya müşahidə edildi. Histoanatomik tədqiqatlar əsasında həm növün struktur göstəricilərində, eyni zamanda lokal konsentrasiyalarında fərqli məqamlar qeydə alınmışdır ki, bu da L. nobilis növündə ekotop xarakteristikası kimi qiymətləndirilə bilər.

Açar sözlər: erqast maddələr, idioblast, parenximatik ekstreziya, şizogen boşluq, subepidermal hüceyrələr, trixoma
Ədəbiyyat

ABCDE