Trichoderma bitki artımını stimullaşdırmaq potensialına malikdir və fitopatogen göbələklərin antaqonistidir. Dörd Trichoderma ştammı banan (Musa acuminata), muskat (Myristica fragrans), bibər (Piper nigrum) və Hindistan tamarindası (Tamarindus indica) (AMCC 1-4) rizosferlərindən ayrılmışdır. Onların kultura ekstraktları maş paxlasında (Vigna radiata) toxumların cücərməsi, radikal artım və nəsli kəsilməkdə olan Yeməli fil ayağı (Amorphophallus paeoniifolius) bitkisinin kök yumrunun inkişafı üçün qiymətləndirilmişdir. Bütün Trichoderma kulturalarının filtratı toxumların cücərməsini əhəmiyyətli dərəcədə artırmış, həmçinin maş paxlasının radikal böyüməsini artıraraq, AMCC 3 (90%) ilə yüksək cücərmə və inkişaf nümayiş etdirmişdir. AMCC 3 həmçinin Yeməli fil ayağı bitkisinin kökünün böyüməsini sürətləndirmiş (20 ilə müqayisədə 10 sm), kökyümurusunun sıxlığı AMCC 2 (10 ilə müqayisədə 5) kimi artmışdır. Yüksək göstəricili maye xromatoqrafiyası (HPLC) ilə AMTC 3-ün kultura filtratının təhlili indol-3-sirkə turşusunun (IAA) (11.5 μg/ml) mövcudluğunu göstərib. Trichoderma cinsinin bütün nümunələri AMCC 1 (1.4) ilə ən yüksək həll olunma indeksi ilə fosfatları həll etmə qabiliyyətinə malikdir. Bütün Trichoderma nümunələrinin kultura filtratları fitopatogen Agroathelia rolfsii növünün in vitro artımını əhəmiyyətli dərəcədə inhibə edir, AMCC 3 (60%) ilə ən yüksək inhibə müşahidə edilmişdir. Trichoderma izolatlarını karboksimetilselüloz (CMC) aqarda dörd günədək becərdikdə, bütün nümunə koloniyalarının ətrafında onların sellülaz istehsal qabiliyyətini təsdiqləyən aydın zona görünür və ən yüksək nəticə AMCC 3 (31.3 mm) ilə əldə edilmişdir. AMCC 3-ün daxili transkripsiya sahəsi (ITS) geni ardıcıllaşdırılıb və BlastN proqramından istifadə edərək NCBI verilənlər bazası ilə müqayisə edilib. AMCC 3-ün DNT ardıcıllığı Trichoderma erinaceum növünün ardıcıllığına uyğundur. Bu tədqiqatda dörd bağçılıq bitkisi növünün rizosferindən dörd Trichoderma nümunəsinin bitki inkişafını sürətləndirdiyi, həmçinin T. erinaceum (AMCC 3) növünün fitopatogen Agroathelia rolfsii növünün böyüməsinə yüksək effektivliklə maneə törətdiyi göstərilmişdir. Növ Hindistanın cənub-qərbindəki laterit gilli torpaqlarda göbələk fitopatogenlərinə qarşı bitki inkişafının stimulyatoru və biopestisidi kimi istifadə edilə bilər.
ABCDE