Bu araşdırmada Trabzon vilayətinin sosial-iqtisadi töhfələri baxımından əhəmiyyətli olan Sera Gölü Təbiət Parkına daxil olan Akçabaat ərazisinin qıjı florası qiymətləndirilmişdir. 2024-cü ildə təbiət parkından qıjılar toplanmış və onların müxtəlif morfoloji xüsusiyyətləri, o cümlədən yarpaq və gövdəsi laboratoriya şəraitində tədqiq edilmişdir. Təyinat floralar və təyinedicilərdən istifadə etməklə aparılmışdır. Nümunələr yeddi növ olaraq müəyyən edilmişdir. Bu növlər Aspleniaceae (Asplenium scolopendrium L., A. trichomanes L., A. adiantum-nigrum L.), Polypodiaceae (Polypodium vulgare L.), Equisetaceae (Equisetum arvense L.), Pteridaceae (Pteridium aquilinum (L.) Kuh), Dennstaedtiaceae (Adiantum capillus-veneri L.). fəsilələrinə aiddir. Respublikada ilk dəfə qıjıların sporangium və spor strukturları ətraflı tədqiq edilmişdir.
ABCDE