ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
BAKTERİAL LƏKƏ TÖRƏDƏN PATOGEN XANTHOMONAS VESICATORIA İLƏ YOLUXMUŞ TOMAT TOXUMLARININ CÜCƏRMƏ VƏ BÖYÜMƏSİNƏ LIGNOHUMATIN TƏSİRİ
Nanuli Amaşukeli, Dali Gaganidze, Neli Sturua, Şorena Kharadze, Tinatin Sadunishvili

Qram-mənfi fitopatogen Xanthomonas campestris pv. vesicatoria bakteriyasının törətdiyi bakterial ləkə tomat və bibərin məhsuldarlığını əhəmiyyətli dərəcədə azaldan və iqtisadi itkilərlə nəticələnən dağıdıcı xəstəliklərdən biridir. Xəstəliyə qarşı təbii üsulların axtarışı üçun tomat  toxumlarını X. vesicatoria xəstəlik törədici patogeni ilə yoluxdurduqdan sonra bakterial ləkə xəstəliyinə bitki mənşəli immun stimulyasiya edən Lignohumate AM istifadə etməklə təsir göstərilmişdir. Tomat toxumlarının inokulyasiyası üçün 2014-2015-ci illərdə Gürcüstanın Karli regionunda bakterial ləkə xəstəliyinə yoluxmuş tomat bitkisinin yarpaqlarından ayrılmış X.  vesicatoria növünün   No2255, No2256 ştammlarından və həmçinin NCPPB422 referens ştmmdan istifadə edilmişdir. Toxumların inokulyasiya etmək üçün 24 saat 2% kartof aqarlı mühitdə (108 KƏV/ml) yuycu suspensiya tətbiq edilmişdir. Bəzi variasiyalarda 4 saat su ilə isladılmış toxumlar dərhal X. vesicatoria bakteriyasının müxtəlif ştammları ilə yoluxdurulmuş, və 1 saat 24ºC-də Lignohumate ilə işlənmişdir. Kontrol variant olraq işlənməmiş  toxumlar steril su ilə 5 saat ərzində 24ºC-də isladılmışdır. Bəzi toxumlar inokulyasiya ilə eyni vaxtda  10% Lignohumate ilə işlənilmişdir. X. vesicatoria virulent ştammı ilə inokulyasiya nəticəsində cücərən toxumların sayı kontrolla müqayisədə 75% azalmışdır. Toxumlara X. vesicatoria inokulyasiya edilərkən eyni vaxtda və ya öncədən Lignohumate ilə işlənməsi nəticəsində cücərmə və inkişaf işlənməmiş toxumlarla müqayisədə 3.0-3.5 dəfə artmışdır. Nəticələr tomat toxumlarının X. vesicatoria infeksiyalarında Lignohumate AM istifadəsinin mühafizəedici təsirini göstərir. 

Açar sözlər: tomat bakterial ləkə, Xanthomonas vesicatoria, Lignohumate
Ədəbiyyat

ABCDE