ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANDA PHYLLACTINIA (ASCOMYCOTA, ERYSIPHALES) CİNSİNƏ ÜMUMİ BAXIŞ
Dilzarə N. Ağayeva, Lamiya V. Abasova, Susumu Takamatsu

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun Mikoloji herbarisində (BAK) saxlanılan və son illərdə toplanılan nümunələrin morfoloji yanaşmaların istifadəsi ilə təhlili əsasında Azərbaycanda Phyllactinia cinsi daxilində unlu şeh göbələklərinin növ müxtəlifliyi tədqiq edilmişdir. Ətraflı taksonomik təhlilin aparılması üçün ədəbiyyat məlumatları da təftiş olunmuşdur. Müasir taksonomik və nomenklatur dəyişiklər nəzərə alınmışdır. Cinsə daxil olan göbələklərin sahib bitkiləri və ölkə daxilində coğrafi yayılması aydınlaşdırılmışdır. Nəticədə, 17 unlu şeh göbələyi taksonu aşkar edilmişdir ki, bunlar 11 fəsilədən olan 32 növ bitki üzərində Ph. alnicola, Ph. ampelopsidis, Ph. babayanii, Ph. carpini, Ph. corni, Ph. fraxini, Ph. guttata, Ph. mali, Ph. marissalii, Ph. moricola, Ph. nivea, Ph. orbicularis, Ph. paliuri, Ph. phaseolina, Ph. populi, Ph. pyri-serotinaePh. roboris göbələkləri olaraq qeyd edilmişdir. Bitki fəsilələri Asteridlər (Cornaceae, Oleaceae) və Rosidlər (Fabaceae, Betulaceae, Fagaceae, Salicaceae, Moraceae, Rhamnaceae, Rosaceae, Ulmaceae, Sapindaceae, Vitaceae) qruplarına daxil olub, bunlardan Rosidlər qrupu sahib bitki sayına görə üstünlük təşkil edir. Onlar arasında Rosaceae fəsiləsinə aid növlərin üstünlük təşkil etməsinə baxmayaraq, Phyllactinia cinsinin Betulaceae fəsiləsinə aid bitkilərlə xüsusi yaxınlığının olması ehtimal edilir. Əlavə olaraq, bu cinsin nümayəndələrinin əsasən dağlıq ərazilərdə yayılmağa meylli olması müşahidə edilmişdir. Phyllactinia cinsinin daha çox sayda nümayəndələri ölkənin Böyük Qafqazın cənub-şərq vilayətinə aid olan rayonlarından qeydə alınmışdır. Bu sıra Orta Araz və Kiçik Qafqaz vilayəti ilə davam edilir. Ən az sayda göbələk növünə Kür dağarası çökəkliyi və Lənkəran vilayətlərində qeydə alınmışdır. Tədqiqat işi zamanı müəyyən edilmişdir ki, Phyllactinia cinsindən olan 14 göbələk taksonuna aid herbari nümunələri BAK herbarisində mövcuddur və bu nümunələr haqqında məlumatlar məqalədə öz əksini tapmışdır.

Açar sözlər: yayılma, ektoparazitizm, endoparazitizm, sahib bitki, bitki patogeni, unlu şeh göbələyi
Ədəbiyyat

ABCDE