ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
Qafqazın subalp və alp bitkiliyinin müxtəlifliyi və taksonomik quruluşu (Azərbaycan və sərhədyanı ölkələr)
Səyyarə C. İbadullayeva, Elman F. Yusifov

Müəyyən edilmişdir ki, Azərbaycanın alp və subalp bitkiliyinin müxtəlifliyi 6 sinif, 66 fəsilə və 321 cinsə aid olan 975 bitki növü və alt-növlərindən ibarətdir ki, bu da ölkə florasının 22%-ni təşkil edir. Fəsilələr arasında Asteraceae (143növ), Poaceae (66), Fabaceae (61), Rosaceae (53), Caryophyllaceae (49), Lamiaceae (47) növcə daha zəngin oluan dominant fəsilələrdir. Ərazidə rast gəlinən 25 fəsilə (36 növ) həssas fəsilələr olub yalnız 1 - 2 növlə təmsil olunur. Bu növlərdən 8-i subendem növlər olub Şimali və Cənubi Qafqaz, İran və Türkiyə ərazilərində yayılmışdır. Polygala alpicola (Polygalaceae) Şimali və Cənubi Qafqaz, Axyris caucasica (Chenopodiaceae) və Festuca skvortsovii isə yalnız Cənubi Qafqazdan təsvir edilmişdir. Ümumilikdə Qafqaz ekoregionunda alp və subalp florası üçün tərəfimizdən 432 endemik növ müəyyən edilmişdir. Bitkiliyin orijinallığı ümumi floranın 10%-ni, alp və subalp florasının isə 44%-ni təşkil edir. Endemik növlərin sayına görə aparıcı fəsilələr bunlardır: Asteraceae (60 növ), Caryophyllaceae (29), Fabaceae (28), Apiaceae (26), Rosaceae (25), Brassicaceae (24), Lamiaceae (24). Bunlardan 8 növ əsl Azərbaycan endemikləridir. 

Açar sözlər: biomüxtəliflik, endemizm, fəsilə, flora, cins, növ, subendemik
Ədəbiyyat

ABCDE