ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN BƏZİ RAYONLARINDA YAYILMIŞ XANTHIUM STRUMARIUM L. NÖVÜNÜN FİTOSENOTİK, BİOEKOLOJİ XÜSUSİYYƏTLƏRİ VƏ İNVAZİV AKTİVLİYİ
Rəna T. Abdıyeva, Svetlana A. Litvinskaya

Fitoinvaziyaların fitosenotik və bioekoloji xüsusiy-yətlərinin öyrənilməsi bu bitkilərin təbiətini daha yaxşı dərk etməyə və onların fəaliyyətini məhdudlaşdıran karantin tədbirlərinin hazırlanmasına imkan yaradır. Məqalədə Quba və Xaçmaz rayonlarında Xanthium strumarium L. növünün fitosenotik və bioekoloji xüsusiyyətləri verilir. X. strumarium yol kənarlarında, dəmir yolları, açıq su kanalları (arxlar) boyunca,  eyni zamanda meşə kənarında və dominantlıq kimi iştirak etdiyi Xəzərin sahil zolaqları boyunca müxtəlif bitki birlikləriəmələ gətirir. X. strumarium aktiv invaziv növdür. Bitkinin yeraltı hissəsinin tədqiqi nəticəsində məlum olmuşdur ki, bitkinin kök sistemi torpağın rütubətlilik dərəcəsindən asılı olaraq dəyişə bilər. Quru və vaxtaşırı rütubətli atmosfer yağıntıları səbəbindən nəmləndirilən ərazilərdə (tullantılar, yol kənarında, təsərrüfat sahələri, yüngül meşə senozları) bitkinin kök sistemi 10-20 sm uzunluğunda çubuq tiplidir. Bitkinin çoxalması isə yalnız toxum vasitəsilə mümkündür. Yüksək və ya “bataqlıq” tipli nəmlik və duzluluq olan ərazilərdə (çay zolağı, sahil qumluqları, xəndəklər, su kanalları və s.) bitkinin kök sistemi yuxarı torpaq qatında (5-10 sm) yerləşir, əsas kökdən 30-40 sm uzunluqda çoxsaylı yan köklər uzanır. Bu zaman bitkinin çoxalması həm toxum, həm də vegetativ olaraq mümkündür.

Açar sözlər: bioloji xüsusiyyətlər, senopopulyasiya, yayılma, Böyük Qafqaz, invaziv növ, Xanthium strumarium
Ədəbiyyat

ABCDE