ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
QOBUSTAN RAYONUNDA (AZƏRBAYCAN) ETNOBOTANİKİ TƏDQİQATLAR VƏ FAYDALI BİTKİLƏRİNİN ELEKTRON VERİLƏNLƏR BAZASININ YARADILMASI
Naibə P. Mehdiyeva, Ləman F. Həmidova

Məqalədə Qobustan rayonunda aparılmış etnobotaniki tədqiqatların və regionun faydalı bitkilərinin elektron verilənlər bazasının yaradılması işinin nəticələri əks olunmuşdur. Qısa şəkildə etnobotaniki vəziyyət təhlil edilmiş, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin zəruriliyi və üstünlükləri əsaslandırılmışdır. Müəyyən edilmişdir ki, Qobustanda yayılmış 1200 bitki növündən, 82 fəsiləyə və 293 cinsə aid 443 növü faydalı bitkidir. Onların çoxu dərman (428), dekorativ (214), qida (179), az sayda isə yem (68), texniki (62), boyaq (59) və balverən (58) bitkilərdir. Yerli əhali tərəfindən daha çox 35 fəsilə, 72 cinsə aid 89 növ istifadə edilir. Daha çox istifadə edilən növlər və onların faydalı xüsusiyyətləri barədə məlumatlar verilmişdir. Elektron məlumat bazasının xarakteristikası, onun strukturu, fəaliyyət prinsipi, bazaya daxil edilən bitkilər barədə 24 parametr üzrə çıxış məlumatlarının istifadəçi interfeysi öz əksini tapmışdır.

Açar sözlər: dərman, qida, yem, boyaq bitkiləri, informasiya texnologiyaları
Ədəbiyyat

ABCDE