ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN DAXİLİNDƏ (YARDIMLI) TALIŞ ƏRAZİSİNİN ERKƏN YAZ VƏ YAY FLORASININ TAKSONOMİK TƏHLİLİ
Pərvanə X. Qaraxani, Arzu Y. Hüseynova, Tünzalə A. Qasımova, Rəna K. Qənbərova, Tacə C. Safquliyeva, Şəhla N. Mirzəyeva, Samirə N. Nuriyeva, Aynur S. İmanova, İlhamə Ə. Əsədova

Biomüxtəlifliyin öyrənilməsi və qorunması müasir dövrümüzün qlobal problemlərindən biridir. Bitkilərin say tərkibinin nəzərəçarpan dərəcədə azalması təbii ekosistemlərin normal fəaliyyətinin pozulmasına gətirib çıxarır. Bu da öz növbəsində insanları bitkilərin faydalı xüsusiyyətlərindən istifadəsi imkanından məhrum edir. Göstərilən problemlərin hərtərəfli araşdırılması üçün ayrı-ayrı bölgələrdə çöl tədqiqatlarının aparılması mühüm əhəmiyyət kəsb edir. Məqalədə Yardımlı ərazisinin erkən yaz və yay florasına daxil olan yabanı ot bitkilərinin ilk dəfə olaraq taksonomik təhlili verilmiş, bəzi növlərin (Iris grossheimii (Komanu yaylası, Dağüzü kəndi), Bellevalia longistyla (Çiçəkli yaylası Arvana və Avaş kəndləri), Gladiolus imbricatus (Deman kəndi) tədqiqat ərazisi üçün yeni yayılma arealları verilmiş, GPS koordinatlarına əsasən xəritələri tərtib edilmişdir. Yardımlı ərazisindən ümumilikdə Azərbaycan florasında göstərilən 841 taksondan erkən yaz və yay florasına aid 405 takson toplanmışdır. Bu növlərdən 51-si Azərbaycanın Qırmızı Kitabına daxil olan nadir növlərdir, 17-si Azərbaycan, 5-i Qafqaz endemidir.

Açar sözlər: bitki müxtəlifliyi, yeni yayılma arealı, nadir və endem növlər
DOI : http://dx.doi.org/10.29228/plantfungalres.51
Ədəbiyyat

ABCDE