ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
ZOĞALIN MÜXTƏLIF ORQANLARININ KİMYƏVİ TƏRKİBİ VƏ ANTİOKSİDANT XÜSUSİYYƏTİNİN MÜQAYİSƏLİ TƏDQİQİ
Eldar N. Novruzov, Lətafət Ə. Mustafayeva, Əsmayə Z. Zeynallı

İşdə Azərbaycanın Qəbələ rayonunda yayılmış müxtəlif orqanlarının - meyvə, yarpaq, çəyirdəyinin kimyəvi tərkibi və antioksidant xüsiyyətləri verilir. Etanol çıxarışlarının antioksidant fəallığı 2,2 – difenil – 1– pikril hidroliz (DPPH) reaktivinin sərbəst radikalları udmaq xassəsinə görə müəyyən edilmişdir. Meyvə ekstraktı təzə yetişmiş meyvələrdən, yarpaq və çəyirdəklərdən isə qurudulmuş materialdan alınmışdır. Zoğalın müxtəlif orqanlarının kimyəvi analizi nəticəsində müəyyən edilmişdir ki, onlar bioloji fəal maddələrlə zəngindir. Antosianların miqdarı 0.053 - 0.484, flavonoidlər 0.135 - 0.678%, ümumi fenol birləşmələri 1.257 - 2.543% arasında dəyişir. Antosianların keyfiyyət tərkibinin öyrənilməsi tərkibində sianidin, pelargonidin və delfinidin törəmələrin mövcudluğunu aşkar etdi. Antosianların maksimum miqdarı meyvələrdə, flavonoid və ümumi fenolların miqdarı yarpaqda, katexinlər çəyirdəklərdə olmuşdur. Alınmış ekstraktların antioksidant fəallığının tədqiqi nəticəsində müəyyən edilmişdir ki, onlar sərbəst radikallara qarşı eyni reaksiya vermirlər. Tədqiq edilən ekstraktların antioksidant fəallığının dəyişilmə yüksəlişi belədir: meyvə (90% etanol), çəyirdək (70% etanol), yarpaq (40% etanol), (70% - li etanol), çəyirdək (40% etanol). Ən yüksək inqibirləşmə fəallığı 40% etanolla alınmış çəyirdək ekstraktı (0.75 mm qatılıqda 93%), ən aşağı (2.5 mm qatılıqda 30%) meyvə ekstrakti göstərdi. Yarpaqlarda ən çox inqibirləşmə fəallığını 70 – li etanolla alınmış ekstrakt (89%) göstərdi. Zoğalın müxtəlif orqanlarından alınmış ekstraktların antioksidant xüsisiyyətinin tədqiqi göstərdi ki, zoğal şirəsi istehsalında əmələ gələn çəyirdək tullantısı qida və kosmetik məhsullar istehsalında istifadə edilən antioksidant konsentratı almaq üçün xammal ola bilər.

Açar sözlər: zoğal, antosian, katexin, flavonoid, ümumi fenol, meyvə, yarpaq, çəyirdək, antioksidant fəallığı
Ədəbiyyat

ABCDE