ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
ŞİMALİ AZƏRBAYCAN ŞƏRAİTİNDƏ PUNICA GRANATUM L. SENOPOPULYASİYALARININ MƏKAN QURULUŞU
Aydan M. Zeynalova

Məqalədə Azərbaycanın müxtəlif rayonlarında bitən adi nar növünün 14 senopopulyasiyasının məkan quruluşu, ontogenetik vəziyyəti, morfometrik ve senotik göstəricilərinin öyrənilməsinin nəticələri verilir. Senopopulyasiyanın sıxlığının dəyişməsinə, dayanıqlığı prosesinə, fitosenoloji tərkibinə, ontogenetik vəziyyətinə, və morfometrik ölçülərinətəsir edə biləcək abiotik və biotik amillər göstərilmişdir. Tədqiqat göstərir ki, öyrənilən populyasiyalar normal yetkin senopopulyasiyalara aiddir. Beləki, fərdlərin maksimum miqdarı (51%) generativ, az hissəsi (3.9-8%) postgenerativ dövrdədir. I, IV, V, VI, VII, IX, X, XII, XIII senopopulyasiyaların baza spektrı sağ yönümlü, SP II, V, X, XII – bimodal və SP IV, VI, IX, XIII – sol yönümlüdir. Öyrənilən senopopulyasiyaların yaş vahidi (∆) geniş paylanma amplitudasına 0.22 (SP II) - 0.62 (SP XIV) arasında  dəyişir. “Delta-omega” qiymətləndirməsindən istifadə etdikdə 3 tip senopopulyasiya: cavan (II, IV, V, VI, VII, IX, X, XII, XIII), keçid (SP I, III, VIII, XI) və yaşlı (SP XIV) aşkar edilmişdir. Senopopulyasiyaların bərpa olunma indeksi 0.14 (SP XIV)-2.0 (SP VI) arasında dəyişir. Müəyyən edilmişdir ki, SP XIV yaşlı və qeyri-sabit fərdlərdən təşkil olunub, təhlükə həddindədir. Tədqiq olunan senopopulyasiyalardaki fərdlərin sıxlığı 100 m2 sahədə 0.3-0.5 arasında dəyişilir. Saplağın uzunluğu, yarpaq ayasının uzunluğu və eni aşağı variasiya əmsalı  göstəricisinə malikdirlər. Növün morfoloji əlamətləri arasında kolun hündürlüyü və yarpaq ayasının ölçüləri daha çox amplituda dəyişkənliyilə fərqlənir.

Açar sözlər: fitosenotik xüsusiyyət, ontogenetik vəziyyət, morfometrik və senotik göstəricilər
DOI : http://dx.doi.org/10.29228/plantfungalres.57
Ədəbiyyat

ABCDE