ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN ŞƏKİ RAYONUNUN PAPAQLI GÖBƏLƏK MÜXTƏLİFLİYİ
Elgün H. Mustafabəyli, Dilzarə N. Ağayeva

Azərbaycanın Şəki rayonunun göbələk müxtəlifliyi 2013-2018-ci illərdə tədqiq edilib. Ümumilikdə 346 göbələk nümunəsi toplanılıb və morfoloji xüsusiyyətlərinə görə təyinat aparılıb. Fenotipik xüsusiyətlər, həmçinin mikroskopik əlamətlər (ölçülər, forma və rəng) nəzərə alınmışdır. Son taksanomik və nomenklatur dəyişikliklərə əsasən Ascomycota və Basidiomycta şöbələrindən 67 cins, 32 fəsilə və 11 sıraya aid 111 taksa (106 növ, üç forma və iki variasiya) təyin edilmişdir. Morchella esculenta var. rotundaSuillus luteus f. albus  Azərbaycan üçün yeni taksonlardır. Göbələklərin ekoloji qrupları müəyyən edilmişdir. Amanita fulva, A. pantherina, A. vaginata, Apioperdon pyriforme, Boletus edulis, B. reticulatus, Bovista plumbea, Caloboletus radicans, Cantharellus cibarius, C. subalbidus, Chlorophyllum rhacodes, Coprinopsis atramentaria, Hymenopellis radicata, Hypholoma fasciculare, Lactarius piperatus, Leccinum scabrum, Lepiota cristata, Lycoperdon umbrinum, Morchella esculenta, Mycena crocata, M. pura, Russula foetens, R. rosacea, Sarcoscypha coccinea, Suillus granulatus, S. luteus, Suillellus luridus Tricholoma ustale rayon ərazisində tez-tez rast gəlinən növlərdir.  Butyriboletus regius, Cortinarius triumphans, Clavariadelphus pistillaris, Crepidotus cesatii, Lactarius deliciosus, Morchella crassipes, Otidea onotica, Suillellus queletiiTuber aestivum tədqiqat ərazisində nadir halda tapılıb. Aşağı dağ qurşağından etibarən yüksəkliklər üzrə növ müxtəlifliyinin dəyişməsi qeyd edilmişdir. Orta-yuxarı dağ qurşaqlarından başlayaraq növlərin yayılması azalır. Göbələklərin yüksəkliklər üzrə paylanmasına relyefin xüsusiyyətləri və iqlimin təsiri müşahidə edilir. Bir sıra növlər birdən çox yüksəklikdə qeydə alınıb. Həmçinin göbələklərdən istifadə imkanları araşdırılıb. 

Açar sözlər: ekoloji qruplar, yeməli, göbələk, makro-misetlər, zəhərli, növ  
Ədəbiyyat

ABCDE