ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
BÖYÜK QAFQAZ EKOSİSTEMLƏRİNDƏ İNVAZİV FLORA (AZƏRBAYCAN DAXİLİNDƏ)
Rəna T. Abdıyeva

Böyük Qafqazın (BQ) Azərbaycan hissəsinin invaziv florasının inventarizasiyası aparılmışdır. Tədqiqat BQ-ın Azərbaycan hissəsinin təbii (səhra, psammofit-littoral, çöl, kol, meşə, çəmən), o cümlədən antropogen fəaliyyət nəticəsində pozulan ekosistemlərindəhəyata keçirilmişdir. Burada 39 yad mənşəli (64 növ daxil olmaqla Azərbaycanın ümumi florasının 60.9%-i) bitki növü qeyd olunmuşdur ki, bunlardan da 12-si (regionun yad florasının 30.7%) invaziv növlərdir. Asteraceae Dumort. (11 növ, 28%), Poaceae Barnhurt. (13 növ; 33.3%), Amaranthaceae Juss. (5 növ, 12.8%) regionun invaziv florasının əsas fəsilələrini təşkil edir. Yad növlərin coğrafi paylanma, regionun botaniki-coğrafi və inzibati regionlarındatoplaşma yeri, eləcə də, əsas təbii mühiti, taksonomik tərkibi, həyat formaları və statusu haqda məlumatlar verilir. Yad növlərin su rejimi ilə bağlı hündürlük qurşaqları boyunca paylanması təhlili dətəqdim edilir. Fitoinvaziyanın ən optimal hündürlük səviyyəsi dəniz səviyyəsindən 100-600 (700)m təşkil edir. Regionda invaziv növlərin paylanmasına təsir göstərən faktorlar qonşu regionlardan invaziya və iqlim dəyişikliyidir. İnvaziv növlərin BQ-ın Azərbaycan hissəsinin ərazisinə miqrasiya yolu nəzərdən keçirilmişdir. Təhlillər nəticəsində aşkar edilmişdir ki, invaziv növlərin əksəriyyəti Rusiya və Gürcüstanla həmsərhəd olan botaniki-coğrafi rayonlarda yayılmışdır, buradan isə onlar Azərbaycan ərazisinə daxil olurlar. Xüsusilə, 12 növ daha sürətlə yerli floraya daxil olur və yüksək reproduktiv potensiala malikdir: Acalipha australis, Amaranthus retroflexus, Ambrosia artemisiifolia, Ailanthus altissima, Erygeron canadensis, Erigeron bonariensis, Galinsoga parviflora, Phytolacca americana, Phalacroloma annuum, Robinia pseudoacacia, Xanthium strumarium, Xanthium spinosum. Yad növlərin toplandığı ərazilər və onların yayılma ərazilərində fitosenozu müəyyən edilmişdir. İnvaziv floranın vəziyyətinin təhlili göstərir ki, hazırda yad flora növlərinin nümayəndələri regionda intensivləşməyə başlayır və onlara nəzarət olaraq ilk tədbir mütəmadi monitorinqlərin aparılmasından ibarətdir. Məqalədə yad növlərin Qafqaza daxil olmasının bəzi tarixi aspektləri də müzakirə edilir.

Açar sözlər: yad mənşəli flora, botaniki-coğrafi rayon, iqlim faktoru, miqrasiya, ilkin areal, invaziv status
Ədəbiyyat

ABCDE