ISSN 2617-8001 (Print), ISSN 2664-5297 (Online)
AZƏRBAYCANIN ALİ BİTKİLƏRİ: LAMİACEAE L. FƏSİLƏSİNİN NOMENKLATUR YENİLİKLƏRİ VƏ TƏHLİLİ
Rəşad Səlimov, Vüqar Kərimov, Zərnigar Babayeva, Gülnar Qasımova, Zenfira Əliyeva, Asya Əkbərova, Aytən Fətdayeva, Pərvanə Nəbiyeva, Lalə İsgəndərova, Səbinə Hacıyeva

Dalamazkimilər  (Lamiaceae  Lindl.) və ya dodaqçiçək-lilər (Labiatae Juss.) növlərinin sayına görə Azərbay-can florasında örtülütoxumlu bitkilərin dördüncü böyük fəsiləsidir. Əvvələr Lamiaceae fəsiləsinin morfoloji əlamətlərinə əsaslanan tədqiqatlar daha çox aparılmışdır.  Lakin Lamiaceae fəsiləsinin filogeniyasının öyrənilməsi ilə bağlı son molekulyar tədqiqatlar onun cinslərinin tak-sonomik statusunu anlamağa, hüdudlarını müəyyənləş-dirməyə və cinslərarası qohumluq əlaqələrini aydınlaş-dırmağa töhfə vermişdir. Araşdırmamızın məqsədi, bu son dəyişikliklər əsasında Azərbaycan florasında yayılmış Lamiaceae fəsiləsinin təsnifatı da daxil olmaqla növlərinin taksonomik nomenklaturasını yeniləməkdir. Fəsilə 37 cins, 241 takson (204 növ, 37 yarımnöv) ilə təmsil olunur ki, bunlardan 19 takson Azərbaycan endemidir. Bu məqsədlə BAK herbari fondunda saxlanılan 4638 bitki nümunəsi və həmçinin müxtəlif virtual bazalarda olan 1245 nümunə analiz edilmişdir. Azərbaycan Florasının VII cildi nəşr olunduqdan sonra fəsiləyə  46 yeni taksonun əlavə olunduğu müəyyən edildi. Son təsnifata əsasən Azərbaycanın Lamiaceae fəsiləsi üçün yeni monotipik cins olan Drymosiphon Melnikov (Nepetoideae yarımfəsiləsi daxilində) aşkar edilmişdir. Həmçinin bu taksonomik dəyişikliklər nəticəsində əvvələr Verbenaceae Juss fəsiləsinə aid edilmiş Vitex L. cinsi də Lamiaceae fəsiləsinin Viticoideae Briqone yarımfəsiləsində göstərilmişdir. Takson sayına görə üç ən böyük cins - Salvia L. (38 takson), Nepeta L. (30 tak-son) və Stachys L. (25 takson) üstünlük təşkil edir. Cins və növ baxımından Naxçıvanın dağlıq sahəsi (62 takson), Diabar (58 takson), Böyük Qafqazın Quba sahəsi (37 takson) ən çox zəngin olan botaniki-coğrafi rayonlardır. Fəsilə daxilində takson sayına görə İran-Turan (88 takson (37%)), Avropa-Sibir (42 takson (18%)) və Qafqaz (39 takson (16%)) fitocoğrafi elementləri ən çox təmsil olunur. 12 takson Beynəlxalq Təbiətin Qorunması İttifaqı (IUCN) tərəfindən qəbul olunmuş təsnifata əsasən nadir və nəsli kəsilmək təhlükəsi olan kateqoriyalarına (CR-4, EN-1 və VU-7), 12 takson isə təhlükəli həddə yaxın olan kateqoriyasına (NT) aid edilir. 7 növ isə Azərbaycanın Qırmızı Kitabının 2-ci nəşrinə daxil edilmişdir. Mövcud nomenklatur dəyişikliklər və analizlərdən sonra, Azərbaycanın, landşaft və yaşayış mühiti müxtəlifliyi baxımından Lamiaceae fəsiləsinin Qafqazda yeni növəmələgəlmə mərkəzi kimi mühüm rol oynadığı təsdiq olunmuşdur. 

Açar sözlər: Azərbaycan, Lamiaceae, flora, ali bitkilər, təsnifat
Ədəbiyyat

ABCDE